Millimizin futbolçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.
Presssport.az xəbər verir ki, 25 yaşlı hücumçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.
Dadaşov Türkiyə I Liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyinib. Görüşə ehtiyatdan başlayan Renat qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.
Lakin onjn qayıdışı uğurlu alınmayıb. Belə ki, Dadaşovun komandası öz meydanında uduzub - 0:1.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 23 xalda qalan “Ankaragücü” turnir cədvəlində 6-cı yeri tutur.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC