“Şamaxı” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Alfons Msanga Mabulanı heyətinə qatıb.
Tanzaniyalı futbolçu ilə ilyarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb
21 yaşlı oyunçu Serbiya “Spartak”ına (Subotitsa) məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
Xatırladaq ki, "Şamaxı" bunadək Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santosu sıralarına qatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC