Renat Dadaşova görə FİFA tərəfindən cəzalandırılan klubun prezidenti: "Ona ödəniş həyata keçirilib”

Türkiyə Super Liqa təmsilçisi “Hatayspor”un prezidenti Hikmət Çinçin millimizin futbolçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşmələri haqda danışıb.

Presssport.az xəbər verir ki, yerli mətbuata fikirlərini açıqlayan klub rəhbərinin sözlərinə görə, Dadaşova edilməli olan ödəniş həyata keçirilsə də, intizam cəzası ilə üzləşibər: "Renat Dadaşovun sənədinə görə cəzalandırıldıq. Onun ödənişi həyata keçirilib. Lakin bu, intizam cəzasıdı. Bu cəzalar liqamızın və futbolumuzun keyfiyyətinə mənfi təsir göstərir. Ortada ciddi bir iş var. "Hatayspor'da yaşanan laqeydlik kimi proseslərə FİFA da qarışdı və təəssüf ki, iki transfer dövrünü əhatə edən cəza aldıq. Bu prosesi FİFA və İsveçrə Məhkəməsinə çatdıracağıq".

Xatırladaq ki, hazırda Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat 2023/24 mövsümündə Hatay klubunda oynayıb və 31 oyunda 6 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC