Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Şamaxı” oyunundan öncə konsert olacaq.
Presssport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçdan öncə Mərdan Kazımovun iştirakı ilə canlı konsert baş tutacaq: “Futbol həyəcanımızı və enerjimizi dinamik musiqi ritmləri ilə yüksəltməyə, meydanı coşdurmağa hazırsınız?
Elə isə azarkeşlərimizi stadionda gözləyirik”.
Xatırladaq ki, yanvarın 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" oyunu saat 19:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC