Millimizin rəqibinə yeni baş məşqçi təyin olunub

Milli komandamızıb DÇ-2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqibi olan İslandiya yığmasına yeni baş məşqçi təyin olunub.

Presssport.az xəbər verir ki, adalılara yerli mütəxəssis Arnar Qunnlauqsson rəhbərlik edəcək.

52 yaşlı məşqçiylə müqavilənin müddəti hələ rəsmən açıqlanmayıb. 

Son vaxtlara qədər Qunnlauqsson yerli "Vikinqur"un baş məşqçisi olub, bundan əvvəl isə bu klubda, "Reykyavik"də və "Haukar"da köməkçi məşqçi kimi də çalışıb.

Xatırladaq ki, D qrupunda rəqib olan Azərbaycan və İslandiya arasında oyunlar sentyabrın 5-də və noyabrın 13-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC