"Araz-Naxçıvan" 3 legioner transfer etdi - 2 yerli oyunçunu icarəyə verdi

Qış fasiləsində baş məşqçi postuna Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.

Presssport.az xəbər verir ki, ölkə çempionu bugünlərdə 3 futzalçı ilə anlaşıb.

Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib.

34 yaşlı hücumçu bunadək “Volqa”da çıxış edib. 

Mateus Henrique də hücumçudu.

Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var. 

Hər 3 oyunçu ilə “5ay+1 il” müddətinə anlaşma əldə olunub. Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC