Braziliyalı dünya çempionu Juninyo haqda: "Flamenqo"da Pedronu əvəz etməlidi"

Braziliya millisinin sabiq futbolçusu Zinyo “Qarabağ”dan “Flamenqo”ya keçən Olavio Juninyo haqda danışıb. 

Presssport.az xəbər verir ki, 1994-cü il dünya çempionu olan keçmiş yarımmüdafiəçinin fikrincə, Juninyo “Kruzeyro”ya getdikdən sonra Qabiqolun buraxdığı boşluğu doldurmalı, eyni zamanda hələ bərpa prosesində olan Pedronu da əvəz etməlidi: "Ümid edirəm ki, hər şey düzələcək və Juninyo mərkəz hücumçusu kimi oynaya biləcək. O, həmin mövqeyi ələ ala bilərsə, əla transfer olardı. Amma hələ onun necə adaptasiya olacağına baxmalıyıq".

Zinyo hazırda şərhçi kimi çalışır. 57 yaşlı veteran futbolçu karyerası ərzində “Flamenqo”, “Palmeyras”, “Qremio”, “Kruzeyro”da çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC