“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb.
26 yaşlı futbolçunun son klubu Latviyadan “Yelqava” olub.
Xatırladaq ki, "Şamaxı" bu qış Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos və Alfons Msanga Mabulanı da transfer edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC