"Neftçi"nin yeni transfer cəhdi bu məbləğə görə baş tutmayıb

"Neftçi"nin növbəti transfer cəhdi uğursuz olub. 

Presssport.az xəbər verir ki, "ağ-qaralar" "Sabah"ın kapitanı Elvin Camalova elçi düşüb.

Son dönəmlər daha çox ehtiyatda qalan təcrübəli orta sahə oyunçusu da komandasını dəyişməyə isti baxırmış. 

Amma uzun sürən danışıqlar xoş sonluğa çatmayıb. Əsas maneə isə "tələblər"in ona görə yüksək təzminat tələb etməsi olub. Söhbət 200 min manatdan gedir. 

29 yaşlı yarımmüdafiəçi 2021-ci ildən "Sabah"ın şərəfini qoruyur. "Qəbələ"nin yetirməsi "Zirə"nin uğurları üçün də çalışıb (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC