Cəfərquliyev söz verdi: "Daha yaxşı, intizamlı Elvin görəcəksiniz!"

Başa çatan 2024-cü ildə həm klubunda, həm də millidə yaxşı oyunuyla fərlqənən futbolçulardan biri Elvin Cəfərquliyev oldu. Təsadüfi deyil ki, “Qarabağ”ın 24 yaşlı sol cinah müdafiəçisi ilin futbolçusu olmağa çox yaxın idi. Sonda mübarizəni komanda yoldaşı Toral Bayramova uduzan Elvin Presssport.az-a müsahibəsində bu və digər məqamlardan danışıb.

- Qış fasiləsi artıq bitir. Yəqin, futbol üçün çox darıxmısınız…

  • - Əlbəttə. Düzdü, az müddətdi yığışmışıq. Yoxlama oyunlarında keyfiyyət o qədər önəmli deyildi. Əsas o yüklənməni, gücü almaq idi. Neçə vaxtdan sonra oyunlara çıxdıq. Düşünürəm ki, fasilə bizim üçün çox yaxşı oldu. İnşallah, mövsümün 2-ci yarısında hər şey bizim üçün yaxşı olar.
  • - Yaxşı dincələ bildinmi? Maraqlıdı, qış istirahəti üçün niyə soyuq Moskvanı seçmişdin?
  • - (gülür) Elədi, hər şey yaxşı, qaydasında idi. Dostlarla bir yerdə idim. Rusiyada bunadək olmuşdum, amma Moskvada ilk dəfə idim. Çox maraqlı idi. Kermli gəzəndə nağıl kimi gəlirdi mənə oralar. 
  • - Keçən ilin son günlərinin əsas müzakirəsi 2024-ün futbolçusunun Toral Bayramov, yoxsa Elvin Cəfərquliyev olacağı ilə bağlı idi…
  •  - O haqda danışsam ki, qalib özümü görürəm, yoxsa başqasını - düzgün olmaz. Əlbəttə ki, Torala görə sevindim. Belə fikirləşirəm ki, eyni anda bu gücdə 2 sol cinah müdafiəçimiz olmayıb. Bunu ümumi Azərbaycan futboluyla bağlı deyərdim. Özümü tərifləmirəm,Toralına adına görə çox sevinirəm. O, buna layiq idi, layiq olduğu yerdə də göründü.
  • - Keçən il qırmızı vərəqələrin çox oldu - 4. Hətta dünya futbolunda bu planda antirekordçulardan biri kimi qeyd olundun. Bunu necə qarşıladın?
  • - Mənə heç bir narahatlığı yox idi. Həddən çox qırmızı vərəqə aldığımı bilirdim. İnşalah, bunun da üzərində işləyirəm. Ümid edirəm ki, daha yaxşı Elvin görəcəksiniz. 
  • - Yəni, daha intizamlı Elvin Cəfərquliyevi…
  • - Əlbəttə, əlbəttə! Məhz bu mənada deyirəm. 
  • - Səncə, qalib olmağına əsas maneçilik törədən intizamsızlığın oldu?
  • - Ümumiyyətlə, həmin o statistikalar, həmin ilin futbolçusu nominasiyası, yaxud qırmızı vərəqələr məni o qədər də maraqlandırmır. Amma təbii ki, öz üzərimdə işləyirəm. Ümid edirəm ki, daha yaxşı, intizamlı Elvin görəcəksiniz.
  • - Qarşıdan Avroliqada son 2 matç qalıb və bunları bombarditiniz Juninyosuz oynayacaqsınız. Bu, şanslarınız daha da azaldırmır?
  • - Əlbəttə ki, Juninyo bizim üçün çox önəmli fiqur idi - həm komanda oyununda, həm də fərdi planda. Bu mənada təbii ki, bizə çox çətin olacaq. Amma inşallah, xeyirlisi. 
  • - Ümidiniz qalıb “24-lüy”ə düşməyinizə?
  • - Belə baxanda, məslə böyük ölçüdə həll olunub.
  • - Yəni, çıxmayacağınızla bağlı?
  • - Bəli-bəli. Şans işi möcüzəyə baxır bir az. Görək inşallah…

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC