"Neftçi" Misli Premyer Liqasının 19-cu turunun “Sabah”la oyunu öncəsi daha bir itki ilə üzləşib.
Presssport.az xəbər verir ki, Dembo Darbo ilə yanaşı, Rafael Quzzo da qarşıdakı paytaxt derbisini buraxacaq.
Belə ki, portuqaliyalı yarımmüdafiəçi məşqdə zədələnib və bazargünkü görüşdə kömək edə bilməyəcək.
Xatırladaq ki, "Neftçi" - "Sabah" oyunu yanvarın 19-da "Neftçi Arena" stadionund saat 18:30-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC