8 sərbəst güləşçimiz Bolqarıstanda xatirə turnirində iştirak edəcək

Azərbaycanın 8 sərbəst güləşçisi Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Bu barədə Presssport.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 23-26-sı aralığında baş tutacaq yarışda ölkəmizi məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcək.

Memorialda həmçinin I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC