Millimizin rəqibi Şotlandiya yığması ilə qarşılaşacaq

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan İslandiya yığmasının yoldaşlıq oyunu keçirəcəyi rəqiblərdən biri bilinib.

Presssport.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb.

Belə ki, adalılar iyunun 6-da Qlazqoda Şotlandiya millisi ilə qarşılaşacaq. Digər rəqibin adı isə hələlik açıqlanmayıb.

Xatırladaq ki, millimiz DÇ-2026-nın seçmə mərhələsində islandlarla sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC