Millimiz Minskdə toplanış keçəcək - Belarus yığmasıyla 2 dəfə qarşılaşacaq

Qadınlardan ibarət U-19 millimiz yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Millimiz Minskdə hazırlıq zamanı 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Belə ki, Azərbaycan fevralın 2-də və 5-də Belarusun U-19 yığması ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı isə belədir: 

Mehriban Şahməmmədova, Aydan Həsənova, Məsumə Nəzərli, Aysu Murtuzayeva, Lalə Abbaszadə (hamısı "Neftçi"), Güləsər İsmailova ("Gömrükçü"), Aydan Əkbərova, Pərişan Abdullayeva, Vahidə Əlipaşayeva, Fatimə Əhmədova, Röya Əliyeva (hamısı "Baku Juniors"), Aysel Ziyadova, Səma Həsənli, Günel Muradova (hamısı "Qəbələ"), Ülviyyə İslamova ("İnter Xaçmaz"), Mədinə Curuqova ("Sabah"), Mədinə Qadimaliyeva ("Sumqayıt"), Aysel Cumayeva ("Balxurma").

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC