Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Bu barədə Presssport.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, qadınlar arasında CEV kubokunun pley-off mərhələsində Türkiyənin “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə 2-ci hakim olacaq.
Qarşılaşma yanvarın 23-də baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC