“İkinci dəfədir Bakıya gəlirəm. İnanıram ki, sabah gözəl nəticəyə nail olacağıq”.
Presssport.az xəbər verir ki, bunu FCSB-nin (Rumıniya) futbolçusu Coyskim Dava Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Kamerunlu müdafiəçi sabahkı matçda qələbəyə ümid etdiklərini söyləyib: "Əsas işimiz sabahkı oyuna köklənməkdir. "Qarabağ" yerli çempionatda liderdir. Hücumameyilli komandadır. Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dı".
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC