"Qarabağ" güclü komandadı. Rəqibimiz və onun baş məşqçisi təcrübəlidi".
Presssport.az xəbər verir ki, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Kiprli mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb: "Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadı. Çalışacağıq bunu sabah meydanda göstərək".
Xaralambous "köhlən atlar"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb:
"Qarabağ" üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm".
Rəqib baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu da vurğulayıb: "Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm".
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC