Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun "Qarabağ" - FKSB (Rumıniya) oyunu üçün bilet satışı davam edir.
Presssport.az xəbər verir ki, matça təxminən 15000 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.
Xatırladaq ki, “Qarabağ” - FKSB oyunu yanvarın 23-də, saat 21:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC