"Sabah" Ukrayna klubuna qarşı

Konfrans Liqasına hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

Presssport.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Krivbass” klubuyla qarşılaşacaq. "Brejitse" stadionundakı görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, bunadək yerli "Koper"ə qalib gələn (1:0) və Serbiya "Çukariçki "si ilə heç-heçə edən (0:0) "Sabah" daha bir yoxlama oyunu keçirəcək. Bu, iyulun 17-də Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşma olacaq. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC