Mikels "Sabah"a qayıdandan sonra ilk qolunu vurdu, ukraynalılarla matçda qalib müəyyənləşmədi

"Sabah" Sloveniya təlim-məşq toplanışı çərçivəsində bu gün 2-ci yoxlama oyununu keçirib.

Presssport.az xəbər verir ki, Krunoslav Renduliçin komandası Ukraynanın "Krivbas" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

"Sabah"ın ilk qolunu Coy-Lens Mikels vurub. İkinci qol isə avtoqoldan qeydə alınıb.

Xatırladaq ki, "Sabah" Sloveniyada 2 hazırlıq matçı keçirib. Masazır təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" klubu ilə qolsuz heç-heçə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC