"Sumqayıt" xorvatiyalı hücumçunun transferini açıqladı

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Presssport.az xəbər verir ki, "kimyaçılar" son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb.

27 yaşlı xorvatiyalı hücumçu "Sumqayıt"da “9 nömrə”li formada çıxış edəcək.

Xatırladaq ki, Konfrans Liqasında çıxış edəcək “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC