"Qarabağ"ın daha bir futbolçusu əməliyyat olundu - nə vaxt yaşıl meydana dönəcək?

"Qarabağ"ın daha bir futbolçusu əməliyyat olunub.

Presssport.az xəbər verir ki, qapıçı Amin Ramazanovdan sonra hücumçu Musa Qurbanlıya da cərrahi müdaxilə olub. 

Belə ki, təlim-məşq toplanışında "Slaven"lə yoxlama oyunundan sonra meniskində ağrılar hiss edən Musa əməliyyat olunub. Hücumçu 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Amin də Avstriyadakı hazırlıqda zədələnərək əməliyyat olunmuşdu. Lakin onda zədə ciddi olduğundan, 8 ay komandaya kömək edə bilməyəcək. 

Onu da bildirək ki, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la Cəbəllütariqdəki bugünkü matçda daha bir itkisi Elvin Cəfərquliyevdi. Belə ki, sol cinah müdafiəçisi qırmızı vərəqə cəzası üzündən səfər görüşünü buraxacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC