"Sumqayıt" - "Fehervar" matçına 4600 bilet satılıb

Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçına 4600 bilet satılıb.

Presssport.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.

Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdı.

Xatırladaq ki, "Sumqayıt" "Fehervar"la iyulun 25-də saat 20:00-da "Mehdi Hüseynzadə"də keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC