"Qarabağ”ı analiz etmişik və güclü tərəflərimizdən maksimum istifadə edərək 100 faizi meydanda qoymağa hazırıq" - "Linkoln"un futbolçusu

Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Xose Martinez Manuel Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la bu gün keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 33 yaşlı müdafiəçisi rəqibi  yüksək səviyyəli komanda olduğunu gizlətməyib: "Bu da işimizi çətinləşdirəcək. Onlar topa sahib olmaqla meydanda üstünlük təşkil etməyə çalışacaq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ”ı analiz etmişik və güclü tərəflərimizdən maksimum istifadə edərək 100 faizi meydanda qoymağa hazırıq".

Xatırladaq ki, Cəbəllütariqdəki “Europa Point” stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC