AFFA-nın aşağı yaş qruplarında 4 komanda texniki məğlubiyyətlə cəzalandırılıb

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupundan ibarət müxtəlif liqalarda 4 komanda texniki məğlubiyyətlə cəzalandırılıb.

 

Presssport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan "Aslan" – "Kürmük" matçı ikincilərin heyətində yetərsay olmaması səbəbindən baş tutmayıb. Nəticədə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Həmin gün AFFA U-12 Liqasında baş tutmalı olan ROFM – "FC Bayern Baku" görüşü qonaqların təyin edilmiş vaxtda meydanda olmaması ucbatından keçirilməyib. Bu səbəbdən qonaqlar 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

 

AFFA U-10 Liqasında təşkili planlaşdırılan "Şahdağ" – "Qusar" qarşılaşması ikincilərin heyətində yetərsay olmaması üzündən baş tutmayıb. Buna görə də Qusar təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Eyni gündə AFFA U-14 Qızlar Liqasında baş tutan "İsmayıllı" – "Mürtülü" oyununda isə qonaqlar əsasnaməyə uyğun yaş limiti qaydasını pozub. Nəticədə "Mürtülü"yə texniki məğlubiyyət verilib, matçın hesabı isə olduğu kimi saxlanılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC