"Kəpəz"in qapıçısının kritik qurtarışı və ardıcıl 3-cü dəfə gələn 3 xal

AFFA-nın bayrağı altında təşkil edilən U-15 Liqasında XXV turun oyunları keçirilib. 

Presssport.az xəbər verir ki, turnir cədvəlinıə başçılıq edən “Qarabağ” bu turda büdrəyib. Onunla şərikli lider olan “Sabah” bundan istifadə edib və turun ən böyükhesablı qələbəsinə imza ataraq 1-ci pilləni ələ keçirib. Lakin onu da nəzərə alaq ki, “Qarabağ”ın ehtiyatda 1 oyunu var.

Gəncədə turnir cədvəlində “qonşular” görüşüb. Belə ki, “Kəpəz” özündən 1 pillə irəlidə olan “Zirə”ni qəbul edib. Maraqlı, gərgin mübarizə şəraitində keçirilən İlqar Hüseynovun yetirmələri qələbəni sona 1 dəqiqə qalmış penaltiylə qoparıb. 

Turan Salahlının erkən qoluyla hesabı açan "Kəpəz" hesabda 2 dəfə irəlidə olsa da, hər dəfə rəqib bərabərlik qoluna imza ata bilib. İlk dəfə hesabda tarazlıq yaranandan cəmi dəqiqə 2 dəqiqə sonra meydan sahiblərinin kapitanı Məhdi Bağırov baxımlı kombinasiyanı dəqiq yekunlaşdırıb. Komandanın bombardiri Ömər Məmmədovun bu zaman gözəl ara ötürməsi xüsusi qeyd olunmalıdı. Gəncəlilərin qələbə topuna imza atan isə sonradan meydana çıxan Anar İxtiyarov olub. “Zirə” son dəqiqədə məğlubiyyətdən xilas olmaq üçün real şansa malik olsa da, “Kəpəz”in aparıcı oyunçularından olan perspektivli qapıçısı Qüdrət Qarayev kritik qurtarışla yadda qalaraq buna imkan verməyib.

Beləliklə, ardıcıl 3-cü qələbəsini qazanan “Kəpəz” turnir cədbəlində 8-ci pillədə qərarlaşıb. İlqar Hüseynovun komandasının ehtiyatda 2 matçının olduğunu və ilk 7 pillənin sahibinin pely-offa vəsiqə qazaanacağını da vurğulayaq. 

“Sabah” – “Şamaxı” – 8:0

Ruslan Əbilov, 3, 18, 45, 50; Ayxan İbadov, 16, 33; Firdovsi Şeydayev, 38; Rəvan Məmmədov, 80

“Sumqayıt” – “Vətən” – 2:1

Səid Məmmədli, 43; Mirzə Məmmədli, 54 - Raul Hüseynov, 80

EFA – “Metak” – 2:0

Yusif Orucəliyev, 50; Nurlan Kərimov, 68

“Kəpəz” – “Zirə” – 3:2

Turan Salahlı, 6; Məhdi Bağırov, 50; Anar İxtiyarov, 79-pen - Vüqar Mustafayev, 48; Nurhan Hənifəyev, 72

“Qəbələ” – “Qarabağ” – 0:0

“Səbail” – “Dinamo” (Baku) – 6:1

Hüseyn Novruzov, 11; Məhəmməd Muradov, 33, 58, 61; Rəsul Qurbanlı, 47; Ceyhun Abdullayev, 79 - Ayxan Mehtiyev, 30 (pen.)

“Neftçi” – “Turan Tovuz” – 3:2

Fəqan Mustafayev, 36; Şikar Şikar, 62; Ruslan Quliyev, 80 - Elmir Cəfərov, 38; Yusif Nəbiyev, 68-pen

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC