"Araz-Naxçıvan"ın legioneri, Misli Premyer Liqasının 26-cı turunun “Qarabağ”la görüşündə həm qol vuran, həm də qırmızı vərəqə ilə cəzalandırılmış Felipe Santos müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- "Araz-Naxçıvan" Misli Premyer Liqasının 26-cı turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzdu. Bu matçda qalib gələ bilərdiniz?
- Bu matçda yaxşı oynadıq. Hətta görüşdə ilk qolu biz vurduq, hesabda öndə idik. Lakin təəssüf ki, üstünlüyü saxlaya bilmədik. "Qarabağ" çox yaxşı komandadır. Onlar düşən qol imkanlarından yararlandı.
- Hakim səni qırmızı vərəqə ilə cəzalandırdı. Səncə, həmin mübahisə zamanı yeganə qırmızı vərəqə sənə verilməli idi?
- Bir neçə oyundur ki, komandamızın oyunçularına qarşı baş verənlər çox qəribədir. Bu, “Qarabağ”la görüşdə bir daha sübut olundu. Həmin hadisəyə gəldikdə, mən sadəcə mübahisəni sakitləşdirmək üçün ora yaxınlaşmışdım. Lakin bir oyunçu sizi boynunuzdan tutursa, bu, hörmətsizlik əlamətidir. Mən sadəcə onun əlini itələdim ki, məni buraxsın və o, hakimin gözü qarşısında yıxıldı. Baş hakim də mənə qırmızı vərəqə göstərdi.
- Yasin Benzianın sənə qarşı davranışını necə şərh edərdin?
- Bu, oyunun bir hissəsidir. Benzia öz komandasının uğurları üçün çalışır, mən də öz komandamın uğurları üçün. Bizim qarşıda ölkə kuboku oyunlarımız var. Hələ heç nə bitməyib.
- Səncə, meydanda azlıqda qalmasaydınız, qalib gələrdiniz?
- "Qarabağ" artıq matçda qalib gəlirdi. Onsuz da çətin olacaqdı. Amma hələ bir neçə dəqiqə var idi. Bəlkə heç-heçə edə bilərdik. Ancaq baş hakim məni meydandan uzaqlaşdırdı. Buna görə də onu təbrik edirəm.
- Daha bir neçə oyunda oynamayacaqsan. “Araz-Naxçıvan”ın çətinliyi olacaq?
- "Şamaxı"ya qarşı oynamayacam. Ümidvaram ki, komandam qalib gələcək. Çünki biz avrokuboklara vəsiqə qazanmaq istəyirik. Sona qədər də mübarizə aparacağıq. Biz birlikdəyik, yaxşı kollektivə sahibik.
- “Qarabağ”la görüşdən sonra hakimlə danışdın?
- Xeyr (sportal.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC