Misli Premyer Liqasının 26-cı turunun “Turan-Tovuz”a qarşı oyununu (1:1) zədə səbəbindən buraxan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bir neçə oyunu buraxmaq riski ilə üzləşib.
Presssport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun “Səbail”lə qarşıdakı səfər oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.
Belə olan halda, Eminin Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə mübafiq olaraq Sumqayıt və Bakıdakı yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC