Region Liqasının pley-off mərhələsinin püşkü atılıb - YENİLƏNİB

AFFA-nın keçirdiyi Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Presssport.az xəbər verir ki, bu gün assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 14:00-da başlayıb.

Turnirin qalibi uğrunda 16 komanda mübarizəni davam etdirir. 1/8 finalda cütlər aşağıdakılar olub:

1. “Olimpiya” (Ağcabədi) - “Masallı” PFK

2. “Göyçay” FK - “Göyəzən” PFK (Qazax)

3. “Çinar Zəngilan” FK - “Lənkəran” FK

4. “Neftçala” FK - “Şimal” FK (Xaçmaz)

5. “Mübariz” FA (Bakı) - “Ağstafa Gəncləri”

6. “Goranboy Qala” FK - “Hypers” FC (Bakı)

7. “Ümid” FK (Saatlı) - “Bərdə” FK

8  “Zəfər-44” (Lənkəran) - “Araz” (İmişli)

Növbəti mərhələdə birinci cütün qalibi ilə ikinci cütün qalibi, üçüncü cütün qalibi ilə dördüncü cütün qalibi, beşinci cütün qalibi ilə altıncı cütün qalibi, yeddinci cütün qalibi ilə səkkizinci cütün qalibi görüşəcək. 

Yarımfinal, 3-cü yer uğrunda və final oyunu isə tək qarşılaşmadan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Eyni zonadan iki komanda rəqib ola bilməzdi. Eyni zonadan iki komanda bir-birinə rəqib çıxarsa, həmin komanda digər cütə keçirilir. Bu gün baş tutan püşkatma mərasimində "Ümidi"in (Saatlı) rəqibi onunla eyni zonadan çıxdığı üçün, püşkatma qaydalarına uyğun olaraq komanda digər cütə keçirildi.

Qalib 2 oyunun yekun nəticəsinə əsasən müəyyənləşəcək. Püşkə əsasən, adları ilk göstərilən komandalar əvvəlcə meydan sahibi olacaq. 

 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC