Emin Mahmudovdan kapitanlığın alındığı təsdiqləndi

Emin Mahmudov “Neftçi”nin kapitanlığından məhrum olunub.

Presssport.az xəbər verir ki, klubun baş məşqçisi Roman Qriqorçuk mətbuatda yayılan məlumatı təsdiq edib.

Ukraynalı mütəxəssis “Qarabağ”a qarşı keçirilən Misli Premyer Liqasının 7-ci turunun oyunundan (0:4) sonra təşkil edilən mətbuat konfransında bununla bağlı dünən qərar verdiyini deyib: "Artıq komandada əsas kapitan Ramil Şeydayevdi. Vitse-kapitan Yuri Matias, üçüncü kapitan isə Robert Bauerdi. Bu, mənim qərarımdı.

Xatırladaq ki, bu gün “Qarabağ”la matçda Mahmudov sona qədər ehtiyatda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC