Avropa Olimpiya Təsnifat turniri: 4 güləşçimiz mübarizəyə başlayır

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
Presssport.az xəbər verir ki, yarışın ilk  günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.
Bu növdə ölkəmizi 4 güləşçi təmsil edəcək. Onlardan üçün mübarizəyə 1/8 final mərhələsindən başlayacağı halda, bir güləşçimiz təsnifat mərhələsindən yarışa start verəcək.
1/8 final
60 kq 
Nihat Məmmədli - Aleksey Masik (Ukrayna)
87 kq
İslam Abbasov - Turpal Bisultanov (Danimarka)
97 kq
Murad Əhmədiyev - Aleksandar Styepanetiçlə (İsveç)
Təsnifat 
130 kq
Beka Kandelaki - Oskar Marviklə (Norveç)
Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC