“Futbolçularda sanki həyəcan var”

“Araz-Naxçıvan”ın baş məşqçi Yuri Maksimov Azərbaycan Premyer Liqasının 10-cu turunda keçirilən “Zirə” ilə ev oyunundan sonra fikirlərini bölüşüb.

 

Presssport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:

 

“Komandama qazandığımız 1 xala görə təşəkkür edirəm. Qələbə hesabını qorumaq üçün çalışdılar, amma gücümüz çatmadı. Düzdür, 2:0 öndə olan zaman fərqi artırmaq imkanlarımız oldu. Futbolçularda sanki həyəcan var. Bu da komandanın turnir cədvəlinin sonuncu pilləsində olmasından irəli gəlir. Orta illərdə yer alsaydıq, onlar daha rahat oynayarlar”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC