Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.
Presssport.az xəbər verir ki, o, finalda ABŞ-dən olan Kayl Deykə 2:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC