Azərbaycan komandası Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub.

 

Presssport.az-ın məlumatına görə, mükafatlardan 3-ü qızıl, 3-ü gümüş əyarlıdır.

 

Yığma üzvlərindən cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medala sahib çıxıblar.

 

Çimərlik güləşində Nihad Süleymanlı (80 kq), taekvondoda Adil Kazımlı (73 kq) və boksda Gülər Hüseynova (51 kq) isə yarışı gümüş mükafatla başa vurub.

 

Xatırladaq ki, Azərbaycan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13 idmançı ilə təmsil olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC