Fransanın "Lans" klubu baş məşqçisi Yannik Kayuzakla yollarını ayırıb

Fransanın "Lans" futbol komandası baş məşqçisi Yannik Kayuzakla yollarını ayırıb.

 

Presssport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Sentyabrda bu posta təyin olunan 41 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.

 

Xatırladaq ki, "Lans" Liqa 1-də 13 xalla 11-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasındakı sonuncu oyununda İtaliya təmsilçisi "Komo"ya evdə 1:9 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC