Oliver Berman 2027-ci ildə də "Haas"ın heyətində çıxış edəcək

Britaniyalı "Formula 1" pilotu Oliver Berman 2027-ci ildə də "Haas" komandasının şərəfini qoruyacaq.

 

Presssport.az ABŞ təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sürücü üçün qarşıdakı mövsüm kollektivdə üçüncü tam yarış ili olacaq.

 

O, ümumilikdə "Formula-1"də 48 starta çıxıb və 71 xal toplayıb.

 

O.Berman 2025-ci ildə kollektivin əsas pilotu olub. Onun ən yaxşı nəticəsi həmin il Meksika Qran-prisində tutduğu 4-cü yerdir.

 

Qeyd edək ki, 2027-ci ildə britaniyalı sürücünün komanda yoldaşı 21 yaşlı braziliyalı Rafael Kamara olacaq. "Haas" onunla müqavilə imzaladığını oktyabrın 15-də açıqlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC