Gəncədə qalib müəyyənləşmədi

Azərbaycan 1-ci Liqasında ilk dövrənin sonuncu turuna start verilib.

 

Presssport.az xəbər verir ki, günün son qarşılaşmasında "Gəncəbasar" MOİK-i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

 

Xatırladaq ki, turun bu gün baş tutan digər matçında lider “Şahdağ Qusar” səfərdə “Baku Sportinq”in qonağı olub. Görüş Qusar klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Füzuli Məmmədovun komandası xallarını sayını 22-ə çatdırıb və turun digər oyunlarının nəticələrindən asılı olmayaraq dövrəni lider kimi başa vurub.

 

26 noyabr

 

"Gəncəbasar" - MOİK - 0:0

 

"Karvan-Yevlax" - "Mingəçevir" - 2:1


Qollar: S.Abdullayev, 30, İ.Əliyev, 69 - S.Oqunmola, 43

 

"Baku Sportinq" - "Şahdağ Qusar" - 0:1


Qol: A.Dauda, 90

 

27 noyabr

 

14:30. “Zaqatala” - “Xankəndi”

 

16:00. “Səbail” - “Şimal”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC