Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.
Presssport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.
74 kq çəkidə yarışan Ağanəzər Novruzov isı finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib.
Daha bir gümüş medalı Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.
Yusif Dursunov (125 kq) və Sadiq Mustafazadə (92 kq) isə 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC