Şenol Günəş 6 ay sonra istefaya göndərildi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Presssport.az xəbər verir ki, "Trabzonspor" Şenol Günəşlə yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

72 yaşlı türkiyəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Günəş ötən ilin sentyabrınd yenidən "Trabzonspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 26 turdan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC