AFFA-nın təşkilatçılığı ilə martın 16-da Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
Presssport.a mill assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq.
Komandalar arasında qrup və final oyunları eyni gündə keçiriləcək.
İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq.
Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Onu da bildirək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC