Güləş millimiz ardıcıl 4-cü dəfə Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub. 

Presssport.az xəbər verir ki, millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. 

Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Belə ki, millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib. 

Yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşib. Komandamız 169 xalla kuboku qazanmaqla özünün yeni xal rekordunu müəyyənləşdirib.

Türkiyə (117) 2-ci, Ukrayna (104) isə 3-cü yeri tutub.

Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC