Vaqif Cavadov üçün 1-ci, "Sumqayıt" üçün 10-cu

"Sumqayıt” Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, 26-cı turun “Kəpəz”lə ev oyununa təsadüf edib. 

Vaqif Cavadovun komandası 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədi. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Onu da bildirək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC