Şeydayev "Kocaelispor"a qoşuldu, ilk məşqə çıxdı

Millimizin futbolçusu Ramil Şeydayev yeni klubu olan “Kocaelispor”a qoşulub. Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb. Ramil çempionatın XIX turunda “Eyüpspor”la yanvarın 20-də keçiriləcək ev matçına Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Xatırladaq ki, Tailandın “Buriram Yunayted” klubundan transfer olunan Şeydayevin müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC