"Zirə"nin rəhbəri Qətər klubunun rəsmiləri ilə görüşüb

Qətərdə səfərdə olan “Zirə” PFK-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Presssport.az xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb. Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib.

Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyib.

Onu da bildirək ki, “Zirə”nin vitse-prezidenti Seyidağa Babayev səfərdə klub rəhbərini müşayiət edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC