"Gəncə" rəsmiləri seleksiya məqsədilə Daşkəsənə səfər edib

“Gəncə” voleybol klubunun idman direktoru İbrahim Qarayev və akademiyanın məşqçisi Nadejda Rudakovskaya seleksiya məqsədilə Daşkəsən rayonuna səfər edib.

Presssport.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun orta təhsil müəssisələrində görüşlər keçirilib, voleybol ilə maraqlanan və potensiallı uşaqların qeydiyyatı aparılıb, məktəblilər məşq proseslərinə cəlb olunub və onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə aparılıb.

"Gəncə"nin akademiyasının əsas məqsədi Azərbaycan Voleybol Federasiyasının “Volleyball Kids” layihəsinə dəstək olmaq və 8-10 yaşlı uşaqların voleybola cəlb edilməsinə töhfə verməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC