Şeydayev 90+7-də penalti qazandı, "Kocaelispor" qalib gəldi

Türkiyə I Liqasında XXVIII turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Göztəpə"ni qəbul edib. 

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ramil 85-ci dəqiqədə meydana daxil olub. O, 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb və komanda yoldaşı Daniel Kandeyaş bunu qola çevirərək het-triklə komandasına qələbə qazandırıb.

28 turdan sonra 48 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC