Region cüdoçuları üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında region cüdoçuları üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.

ACF-dən Presssport.az-a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdı.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. 

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Onu da bildirək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC