"Neftçi"yə gəldiyim gündən indiyədək oyunumda inkişaf var"

"Hal-hazırda məqsədimiz 2-ci pillədə möhkəmlənməkdir. Buna görə də hər matça final kimi yanaşıb qələbə qazanmalıyıq".

Bu sözləri "Neftçi"nin futbolçusu Brayan Moreno deyib.

O, ötən gün Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"i darmadağın etməklərinə (5:1) toxunub: "Oyun istədiyimiz kimi başlamadı. Amma sonra toparlandıq, yaxşı oyun nümayiş etdirərək qollar vurduq və qələbə qazandıq".

Sözügedən matçda fərqlənən 24 yaşlı hücumçu öz oyunundan da danışıb: "Neftçi"yə gəldiyim gündən indiyədək oyunumda inkişaf var. Oyundan-oyuna daha da yaxşı çıxış etməyə çalışıram. Düşünürəm ki, tədricən istədiyim oyunu göstərə bilirəm".

"Neftçi" azarkeşlərinin yenidən stadiona qayıtmasından sonra 3 oyun keçirib və bu matçlardan 2-də qələbə qazanıb. Moreno bu qələbələri azarkeşlər üçün qazandıqlarını söyləyib: "Əlbəttə ki, azarkeşlər bizim 12-ci futbolçumuzdur. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Qarşıda bizi finala bərabər 2 oyun gözləyir. Ümid edirəm ki, həmin oyunlarda da stadiona gələcəklər, bizi dəstəkləyəcəklər və birlikdə uğur qazanacağıq".

Kolumbiyalı futbolçu sonda gələcək planları haqqında sualı cavablandırıb. Moreno ona transfer təkliflərinin gəlmədiyini bildirib: "Heç bir təklif yoxdur. Hazırda sırf "Neftçi"yə köklənmişəm".

Qeyd edək ki, Moreno bu ilin yanvar ayında azad agent kimi "Neftçi"yə keçib. O, komandanın heyətində 16 oyuna çıxıb, 2 qol vurub (qol.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC