UEFA "Zirə"yə xəbərdarlıq edib, "Qarabağ"ı 28500 avro cərimələyib

UEFA "Zirə" klubuna xəbərdarlıq edib.

Presssport.az xəbər verir ki, buna Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirilən Konftrans Liqasının III təsnifat mərhələsinin cavab matçında yaşananlar səbəb olub.

"Qartallar" "komandanın düzgün olmayan davranışı"na görə xəbərdarlıq alıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) "Zirə" penaltilər seriyasında (2:1) mərhələ adlayan tərəf olub. Bakı təmsilçisi növbəti raundda iki oyunun nəticəsinə əsasən Kiprin "Omoniya" komandasına uduzub - 0:6, 1:0.

UEFA eyni zamanda "Qarabağ" klubunu 28500 avro cərimələyib. Buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" klubuna uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC