Gimnastlarımız Portuqaliyada 4-cü qızıl medalı əldə edib

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı hesabına yazdırıb.

Presssport.az xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlük yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təmsilçilərimiz daha əvvəl qarışıq cütlük üzrə balans hərəkətlərində bütün rəqiblərini üstələməyi bacarmışdı. Kişilərdən ibarət Murad Rəfiyev - Daniel Abbasov cütlüyü həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC